Türkiyə və ABŞ prezidentlərinin görüşü başlayıb

Donald Tramp Rəcəb Tayyib Ərdoğanı Ağ Evdə rəsmi mərasimlə qarşılayıb.

1306041
Türkiyə  və  ABŞ prezidentlərinin görüşü başlayıb

Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə Birləşmiş Ştatlarda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü başlayıb.

Donald Tramp  Rəcəb Tayyib Ərdoğanı Ağ Evdə rəsmi mərasimlə qarşılayıb.
Liderlər görüşdən əvvəl mətbuat nümayəndələrinə qısa açıqlama verib.
Ərdoğan görüşdən sonra təşkil olunacaq  mətbuat konfransında ətraflı açıqlama verəcəyini bildirib.

ABŞ prezidenti Donald Tramp isə öz növbəsində Türkiyə prezidenti ilə uzunmüddətli dostluq əlaqələrinin olduğunu deyib.

Türkiyə-Suriya sərhədində gördüyü işlərə görə  Ərdoğana təşəkkür edən Donald Tramp bildirib ki, Türkiyə son dövrdə Suriyada 100-dən çox DEAŞ üzvünü saxlayıb.

''Türkiyə ilə ticarət dövriyyəmizi artıracağıq''  deyən ABŞ lideri  Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket kompleksi  ilə F-35 döyüş təyyarəsi mövzuları ətrafında fikir mübadiləsi aparacaqlarını  ifadə edib.

Liderlər bir saatdan çox davam edən təkbətək görüşdən sonra heyətlər arası görüşlərə sədrlik edirlər.



Әlaqәli Xәbәrlәr