Rəcəb Tayyib Ərdoğan:''Bunlar terror təşkilatıdır''

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp da daxil olmaqla bəzi səlahiyyətlilərin kürd olaraq səciyyələndirdiyi qrupun əslində separatçı terror təşkilatı PKK olduğunu vurğuladı.

1306085
Rəcəb Tayyib Ərdoğan:''Bunlar terror təşkilatıdır''

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp da daxil olmaqla  bəzi səlahiyyətlilərin kürd olaraq adlandırdığı qrupun əslində separatçı terror təşkilatı PKK olduğunu  vurğulayıb.

Amerika Birləşmiş Ştatlarına işgüzar səfər edən Ərdoğan prezident Donald Trampla keçirdiyi təkbətək və heyətlər arası görüşlərdən sonra bəzi respublikaçı senatorların da iştirak etdiyi iclasda çıxış edib.

Türkiyədə çox sayda kürdün yaşadığını  bildirən Ərdoğan ABŞ-ın keçmiş prezidenti Barak Obama dövründə Suriyadan Türkiyəyə 350 min kürdün köç etdiyini vurğulayıb.

''Sizin kürd dediyiniz  isə PKK-PYD-YPQ-dir. Bunlar terror təşkilatıdır'',-deyə Türkiyə prezidenti qeyd edib.

Rəcəb Tayyib Ərdoğan ''Mazlum Kobani'' ləqəbli terrorçunun terror təşkilatı PKK-nın başçısının mənəvi övladı olduğunu deyib.

Ərdoğan Suriya sərhədində yaradılmağa planlaşdırılan təhlükəsiz bölgəyə  1 milyon qaçqının yerləşdirilməsi ilə bağlı planın hazır olduğunu söyləyib.



Әlaqәli Xәbәrlәr