"Almaniya və Hollandiya DEAŞ mənsubu vətəndaşlarını təhvil alacaq", S.Soylu

Daxili işlər naziri Süleyman Soylu Vanda keçirilən bir tədbirdə çıxış edib.

1305793
"Almaniya və Hollandiya DEAŞ mənsubu vətəndaşlarını təhvil alacaq", S.Soylu

“Davam edən terror əməliyyatlarında bu yaxınlarda DEAŞ-ın çox əhəmiyyətli bir adamını Suriyada ələ keçirdik”.

Bunu daxili işlər naziri Süleyman Soylu Vanda keçirilən bir tədbirdə deyib.

Çıxışında Almaniya və Hollandiyanın öz ölkələrinə mənsub DEAŞ mənsubu terrorçuların, ailələri və uşaqları ilə qəbul edəcəklərini dilə gətirdiklərini vurğulayan Soylu “Digər ölkələrdən də həmin yanaşmanı gözləyirik. Onun üçün əgər terrorla birlikdə mübarizə aparılacaqsa, hər kəs terrorçusuna yiyə duracaq. Biz kimsənin terrorçusunun evi, oteli deyilik” deyə bildirib.  

Terrorla mübarizə prosesində bu yaxınlarda DEAŞ-ın çox əhəmiyyətli bir adamını Suriyada ələ keçirdiklərini açıqlayan Soylu bu térrorçu ilə əlaqədar istintaq prosesinin davam etdiyini söyləyib.

Nazir Soylu Fetullahçı terror təşkilatına (FETÖ) qarşı aparılan mübarizəyə də toxunub.

Soylu "FETÖ ilə mübarizəmiz eyni qətiyyətlə davam edir. FETÖ məsələsinin kökünü kəsənə qədər; Kim nə deyirsə desin əl çəkməyəcəyik. Qarşıdan gələn günlərdə FETÖ-yə qarşı çox əhəmiyyətli bir əməliyyat həyata keçiriləcək. Bunun üçün hazırlıqlar davam edir” deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr