XİN: "Türkiyənin Şərqi Aralıq dənizində geri addım atmasına ümid etmək mənasızdır"

Avropa İttifaqı Xarici Əlaqələr Şurasının Türkiyəyə sanksiya qərarına qarşı ölkənin Xarici İşlər Nazirliyi sərt reaksiya göstərib. Nazirliyin açıqlamasında bildirilir...

1304527
XİN: "Türkiyənin Şərqi Aralıq dənizində geri addım atmasına ümid etmək mənasızdır"

 

  Avropa İttifaqı Xarici Əlaqələr Şurasının Türkiyəyə sanksiya qərarına qarşı ölkənin Xarici İşlər Nazirliyi sərt reaksiya göstərib. Nazirliyin açıqlamasında bildirilir:

  “Türkiyənin Şərqi Aralıq dənizində beynəlxalq hüquqa əsaslanan haqları və Şimali Kipr (Qıbrız) Türk Cümhuriyyətinin maraqları qorunacaq.

  Türkiyənin təhdidlərə boyun əyərək Şərqi Aralıq dənizindəki haqlarından geri addım atmasına ümid etmək mənasız bir gözləntidir. Bizim qazma fəaliyyətlərimiz eyni şəkildə davam edəcək.

  Aİ Xarici Əlaqələr Şurasının 11 noyabrda keçirilən yığıncağında bu mövzuda qəbul etdiyi qərarlar Türkiyənin bundan əvvəl verdiyi mesajların heç birinin yerinə çatmadığını göstərir.

  Türkiyə və Şimali Qıbrız (Kipr) Türk Cümhuriyyəti 2004-cü ildən bu günə qədər Şərqi Aralıq dənizindəki karbohidrogen ehtiyatlarının bir gərginlik deyil, sabitlik ünsürü olması üçün yaxşı niyyət göstərib, bütün konstruktiv və müsbət cəhdləri üzərinə götürən tərəf olub. Kıbrıs Rum İdarəsi (Cənubi Kipr) və Aİ nə həqiqətləri görür, nə də beynəlxalq hüquq və ədalətə uyğun qərarlar qəbul olunur.

  Türkiyə daimi sabitlik və Şərqi Aralıq dənizi bölgəsində yaşayan insanların rifahı üçün beynəlxalq hüququn əsas prinsiplərinin tətbiqi və bölgədəki əməkdaşlığa təşviqetmə səylərini davam etdirəcək. Bununla yanaşı, Qıbrız probleminin həllinə dəstək ola biləcək tərəfsiz bir vasitəçiolma xüsusiyyətini çoxdan itirən Aİ-nin Şərqi Aralıq dənizində müsbət mövqe ortaya qoya bilməsi artıq qeyri-mümkün kimi görünür.

  2004-cü ildən bəri Türkiyə və Şimali Qııbrız Türk Cümhuriyyətinin suverenlik və qanuni haqlarına hörmət göstərilməsinə dair çağırışlarımıza laqeyd yanaşan Avropa İttifaqının biz də fəaliyyətlərə başladıqdan sonra yaxşı qonşuluq əsaslarına hörmət göstərilməsinə işarə etməsi ironiyadan başqa bir şey deyil”.

 



Әlaqәli Xәbәrlәr