Terrorçuların döşədiyi yüzlərlə mina və qumbara zərərsizləşdirildi

Türkiyə Milli Müdafiə Nazirliliyindən edilən şərhdə bildirilir...

1303554
Terrorçuların döşədiyi yüzlərlə mina və qumbara zərərsizləşdirildi
tsk asker.jpg

 

  Suriyada “Sülh çeşməsi” hərəkatı bölgəsində terrordan təmizlənilən yerlərdə həyatın normala çevirilməsinə istiqamətli işlər davam edir.

  Türkiyə Milli Müdafiə Nazirliliyindən edilən şərhdə bildirilir:

  “Sülh çeşməsi” hərəkatı bölgəsində PKK/PYD terrorçularının döşədiyi 331 mina və 891 qumbara zərərsizləşdirilib.

  PKK/PYD terrorçuları tərəfindən əsgərlərin nəzarətində olmayan yaşayış yerləri, yollar və kritik infrastruktur sahələrinə minlərlə mina və EYP (əl qumbarası) döşənilib.

  İnsanlıqdan nəsibini almamış PKK/PYD-in döşədiyi 331 mina və 891 EYP Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib.

  PKK/YPQ terrorçularının da “Sülh çeşməsi” hərəkatı bölgəsinə hücumları davam etməkdədir. Terrorçular son 24 saatda bölgəyə 16 raket atəşi atıb və hücum reallaşdırıblar.



Әlaqәli Xәbәrlәr