Türkiyə və Qətər arasında əməkdaşlıq məsələləri müzakirə edildi

Qətərin baş qərargah rəisi, general-leytenant Qənim ibn Şahin əl-Qənimi və Türkiyənin milli müdafiə naziri Hulusi Akar görüşdülər.

1301710
Türkiyə və Qətər arasında əməkdaşlıq məsələləri müzakirə edildi

 

  Qətərin baş qərargah rəisi, general-leytenant Qənim ibn Şahin əl-Qənimi Türkiyəyə reallaşdırdığı səfər çərçivəsində noyabrın 6-da Türkiyənin milli müdafiə naziri Hulusi Akar tərəfindən qəbul olunub.

  Türkiyə Milli Müdafiə Nazirliyində baş tutan qəbulda Türkiyənin baş qərargah rəisi, general Yaşar Gülər də iştirak edib. Görüşdə müdafiə və təhlükəsizlik başda olmaqla, ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

 



Әlaqәli Xәbәrlәr