DAEŞ-in öldürülən başçısının ailəsinin bütün üzvləri həbs edildi

Türkiyə Prezident Aparatı Mətbuat Xidmətinin rəhbəri Fəxrəddin Altunun verdiyi məlumata görə...

1301758
DAEŞ-in öldürülən başçısının ailəsinin bütün üzvləri həbs edildi

 

  Türkiyə Prezident Aparatı Mətbuat Xidmətinin rəhbəri Fəxrəddin Altun terror təşkilatı DAEŞ-in öldürülən başçısı Əbubəkir əl-Bağdadinin, həyat yoldaşı başda olmaqla, ailəsinin bütün üzvlərinin tutulduğunu bildirib.

  Sosial mediadan mövzu ilə bağlı ingiliscə açıqlama verən F.Altun yazıb: “Türkiyə terror təştilatı DAEŞ başçısının həyat yoldaşı və ailəsinin digər üzvlərini nəzarətə götürüb. Terror təşkilatlarına qarşı mübarizəmizin davam edəcəyini dərk etməkdə çətinlik çəkənlərin DAEŞ, PKK, YPQ və digər terror təşkilatlarına mənsub üzvlərin tutulmaları ilə bağlı atdığımız uğurlu addımlara bir daha baxmaları lazımdır”.



Әlaqәli Xәbәrlәr