Vanda tullantılardan elektrik enerjisi istehsalına başlanıldı

Türkiyənin Van şəhərində tullantılardan elektrik enerjisi istehsalına başlanılıb.

1300849
Vanda tullantılardan elektrik enerjisi istehsalına başlanıldı

 

  Türkiyənin Van şəhərində tikintisi başa çatan Qatı Tullantıların İnteqrasiyası Mərkəzində bioqazdan elektrik enerjisi istehsalına başlanılıb.

  Tullantıların yığıldığı sahədə inşa edilən mərkəz enerji istehsalı ilə yanaşı, şəhərin ən böyük problemlərindən olan tullantıların saxlanılması və yenidən emalı baxımından da vacibdir. Bundan əlavə, layihə çərçivəsində Van gölünün təmizlənməsi də nəzərdə tutulur.

  Van şəhərinin Tuşba rayonundakı mərkəzin tikintisi 140 milyon türk lirəsinə başa gəlib. İlkin mərhələdə burada saatda 8 meqavat elektrik enerjisinin istehsalı nəzərdə tutulur ki, bu da təxminən 30 min ailənin elektrik enerjisi ehtiyacını qarşılayacaq.

  Qeyd edək ki, Van Türkiyənin böyük şəhərləri arasında tullantıların çoxlu miqdarda yığıldığı yeganə şəhərdir. Bu da bir çox sahədə olduğu kimi, şəhərdə turizmin inkişafına da mənfi təsir göstərir.



Әlaqәli Xәbәrlәr