Prezident Ərdoğan sabah Macarıstana səfərə gedəcək

Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə-Macarıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasına qatılmaq üzrə sabah (07.11.2019) Macarıstana gedəcək.

1301374
Prezident Ərdoğan sabah Macarıstana səfərə gedəcək

İnformasiya və Rabitə rəhbərliyindən yayılan açıqlamada: Prezident Ərdoğan Türkiyə-Macarıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasının icrası çərçivəsində sabah Macarıstana rəsmi səfər edəcək. Ərdogan Macarıstana səfəri çərçivəsində bu ölkənin prezidenti Janos Ader ilə görüşəcək. Prezident Ərdoğan daha sonra Macarıstanın Baş naziri Viktor Orban ilə şuranın iclasına qatılacaq. Danışıqlar zamanı Türkiyə-Macarıstan əlaqələri ətraflı müzakirə ediləcək. Regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq. Şura konfransı vəsiləsiylə iki ölkə arasındakı əməkdaşlığı irəli pillələrə qaldıracaq razılaşma və sənədlər imzalanacaq.

Açıqlamada həmçinin bildirilib ki, Türk və Macar iş adamlarının prezident Ərdoğan və Macarıstan Baş naziri Orbanın başçılıq edəcəyi yığıncaqda bir araya gələcək.

Prezident Ərdoğan səfəri çərçivəsində Budapeştdəki Gül Baba türbəsini və türbə kompleksində Türkiyə oxçular Vəqfi ilə Gül Baba Türbəsi Mirası Qoruma Vəqfi tərəfindən təşkil edilən "Minatürlərlə Osmanlı Dövrü Türk oxçuluğu" sərgisini ziyarət edəcək.



Әlaqәli Xәbәrlәr