Yaponiyada sәfәrdә olan Mustafa Şentop Tokio mәscidindә olub

Türkiyә Böyük Millәt Mәclisinin sәdri Mustafa Şentop Tokio mәscidi vә Yunus Әmre İnstitutunun Tokiodakı  Mәdәniyyәt Mәrkәzinә baş çәkib.

1300649
Yaponiyada sәfәrdә olan Mustafa Şentop Tokio mәscidindә olub

 

 

Türkiyә Böyük Millәt Mәclisinin sәdri Mustafa Şentop Tokio mәscidi vә Yunus Әmre İnstitutunun Tokiodakı  Mәdәniyyәt Mәrkәzinә baş çәkib.

G20 ölkәlәrinin parlament sәdrlәrinin sammitindә iştirak etmәk üçün Tokioya sәfәr edәn Mustafa Şentop şәhәrdәki tarixi vә mәdәni  mәkanlardan sonra Tokio mәscidi vә Yunus Әmre İnstitututunun Tokiodakı Mәdәniyyәt Mәrkәzindә  olub.

Yunus Әmre İnstitututunun Tokiodakı Mәdәniyyәt Mәrkәzinin rәhbәri Hüseyin Tana mәdәniyyәt mәrkәzinin fәaliyyәti haqqında Mustafa Şentopa mәlumat verib. Mustafa Şentop daha sonra  mәdәniyyәt mәrkәzinin  işi ilә tanış olub. Türkiyә Böyük Millәt Mәclisinin sәdri sonra mәdәniyyәt mәrkәzinin әmәkdaşları ilә xatirә şәkli çәkdirib.

Mustafa Şentop daha sonra 1997-ci ildә inşa edilәn vә nümunәvi әsәrlәrdәn olan Tokio mәscidinә başi çәkib. Mustafa Şәntop ziyarәt çәrçivәsindә mәscidin imamı Mәhәmmәd Rәşid Alasla söhbәt edib.



Әlaqәli Xәbәrlәr