Qars vilayəti çölündə 3 terrorçu zərərsizləşdirildi

Qars vilayəti çölündə terror təşkilatı PKK-ya qarşı həyata keçirilən əməliyyat nəticəsində 3 terrorçu zərərsizləşdirildi.(YENİLƏNİB)

1299428
Qars vilayəti çölündə 3 terrorçu zərərsizləşdirildi

Qars vilayəti çölündə terror təşkilatı PKK-ya qarşı həyata keçirilən əməliyyat nəticəsində 3 terrorçu zərərsizləşdirildi.

Bu barədə Daxili İşlər Nazirliyinin açıqlamasında qeyd edilib ki, Qars vilayəti çölündə Jandarm Xüsusi Hərəkat Qüvvələri tərəfindən havadan dəstəklənən əməliyyat həyata keçirildi. 3 terrorçunun zərərsizləşdirildiyi əməliyyat nəticəsində terrorçulara məxsus silahlar da ələ keçirildi.

Bölgədə antiterror əməliyyatlarının davam etdiyi bildirilib.

Digər tərəfdən Milli Kəşfiyyat İdarəsi (MKİ) və Türkiyə Silahlı Qüvvələrinin (TSQ) birgə əməliyyatı ilə İraqın şimalındakı Metina bölgəsinə istiqamətli əməliyyat nəticəsində “Tekoşer Zagros” ləqəbli Müsluh İke adlı dırnaqarası yüksək səviyyəli PKK mənsubu terrorçu zərərsizləşdirilib.

Zərərsizləşdirilən terrorçunun qırmızı kateqoriyada axtarışda olduğu bildirilib.

Bu arada daxili işlər nazirinin müavini və  Nazirliyin sözçüsü İsmayıl Çataklı aylıq mətbuat kofransında terrorla mübarizə çərçivəsində oktyar ayındakı daxili təhlükəsizlik əməliyyatlarında 175 terrorçunun zərərsizləşdirildiyini bildirdi. 



Әlaqәli Xәbәrlәr