Türkiyәdә bir tәhlükәli terrorçu da zәrәrsizlәşdirilib

Türkiyәnin Van şәhәrindә  separatçı terror təşkilatı PKK / KCK-ya qarşı keçirilən əməliyyatda 2 terrorçu zərərsizləşdirilib.

1298842
Türkiyәdә bir tәhlükәli terrorçu da zәrәrsizlәşdirilib

 

Türkiyәnin Van şәhәrindә  separatçı terror təşkilatı PKK / KCK-ya qarşı keçirilən əməliyyatda 2 terrorçu zərərsizləşdirilib.

Məlumata əsasən, zərərsizləşdirilən terrorçular arasında Türkiyə Daxili İşlər Nazirliyinin axtarış siyahısında  “boz” kateqoriyada olan terrorçu  da var.

Van şәhәr Jandarm Komandanlığı separatçı terror tәşkilatı PKK/KCK-ya qarşı әmәliyyat keçirib.

Bu çәrçivәdә  Gürpınar rayonunun әtrafında hәyata keçirilәn əməliyyat zamanı iki terrorçu zərərsizləşdirilib. Zәrәrsizlәşdirilәn terrorçulardan birinin Türkiyə Daxili İşlər Nazirliyinin axtarış siyahısında olduğu bildirilib. Әmәliyyat zamanı terrorçulara mәxsıs çox sayda silah vә sursat әlә keçirilib.

Bölgәdә әmәliyyatların davam etdirildiyi bildirilir.

Türkiyәnin Muş şәhәrindә keçirilәn әmәliyyat nәticәsindә terror tәşkilatı tәrәfindәn istifadә edilәn üç sığınacaq vә çox sayda silah vә sursat mәhv edilib.



Әlaqәli Xәbәrlәr