Ərdoğan: “Suriyada yaratdığımız təhlükəsiz bölgələr ölkənin ən dinc yerləridir”

Suriyada yaradılan etibarlı bölgələr ölkənin ən dinc və yaşana biləcək yerlərdir. Bunu Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

1298380
Ərdoğan: “Suriyada yaratdığımız təhlükəsiz bölgələr ölkənin ən dinc yerləridir”

Prezident Ərdoğan dünən İstanbulda baş tutan 6-cı Türk Tibb Dünyası Konqresində etdiyi çıxışında ölkələrinə geri qayıtmaq isətəyən Suriyalıların qalacaqları ərazilərdə Sülh Çeşməsi Əməliyyatı nəticəsində təhlükəsizliyin bərpa edildiyini bildirib.

Suriyalı miqrantlarla bağlı BMT-yə yeni bir çağırış edəcəklərini ifadə edən Ərdoğan: “Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Guterresdən Türkiyəyə planlaşdırdığı səfəri zamanı beynəlxalq donorlar yığıncağı haqqında çağırış etməsini tələb edəcəyəm. Bu tələbimizə biganə qalarsa bunu Türkiyənin edəcəyini bildirəcəyəm. Bunların reallaşmaması halında Tel Abyad ilə Rəsulayn arasında miqrantlar şəhərini və ya şəhərlərini Türkiyə salacaq. Neçə ildir ki, milyonlarla imiqranta ev sahibliyi etdik. Təəssüf ki, beynəlxalq ictimaiyyətin bu mərhələdə Türkiyəyə dəstək, yerinə yetirilməyən vədlər və nəsihətlərdən özgə heç nə olmadı. Bir damcı nefti bir qandan daha qiymətli hesab edənlərin gözü Suriyada və dünyada öz maraqlarından başqa heç nə görmür. Lakin Türkiyə ətrafına baxdıqda yalnız insan, həyat görür. Bizim digərlərindən üstünlüyümüz budur. Bu üstünlüyümüz indən sonra da davam edəcək. Kimin nə etdiyinə və nə edəcəyinə baxmadan sərhədlərimiz daxilində və xaricində xidmətlərimizlə məzlumlara və qurbanlara ümid qapısı olacayıq”-deyə prezident Ərdoğan vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr