Türkiyә prezidentinin kömәkçisi Qәtәrin baş naziri ilә görüşüb

Türkiyә prezidentinin kömәkçisi Fuad Oqtay Qәtәrin baş naziri vә daxili işlәr naziri Şeyx Abdullah bin Nasser bin Xalifa Әl Sani ilә görüşüb.

1297987

Mәlumata görә, görüş Prezident İqamәtgahında baş tutub vә 30 dәqiqә davam edib.

Görüşdә  Türkiyə ilə Qәtәr arasındakı  qardaşlıq әlaqәlәri müzakirә olunub, hәmçinin ‘‘Sülh çeşmәsi’’ әmәliyyatına verdiklәri dәstәyә görә Qәtәrә tәşәkkür edilib.

Görüşdə hәmçinin Türkiyә prezidenti  Rəcəb Tayyib Ərdoğan və Qətər Әmiri Şeyx Təmim bin Hәmmad Әl  Saninin sәdrliklәri ilә  keçirilən Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin iclasının qarşıdakı dövrdə keçirilmәsi  üçün müvafiq qurumların fәaliyyәtlәrini  davam etdirdiyi vurğulanıb.

Görüşdә müdafiә sәnayesi sahәsindә әmәkdaşlığın güclәndirilmәsinin   Türkiyәnin ilkin prioritetlәri arasında olduğu qeyd olunub.

Təkbətək görüşdən sonra keçirilәn  heyətlər arası görüşə Fuad Oqtay vә Әl Sani sәdrlik ediblәr.

Әlaqәli Xәbәrlәr