Mövlud Çavuşoğlu Antonio Quterreşlә görüşüb

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Birlәşmiş Millәtlәr Tәşkilatının baş katibi Antonio Quterreşlә görüşüb.

1297526
Mövlud Çavuşoğlu Antonio Quterreşlә görüşüb

 

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Birlәşmiş Millәtlәr Tәşkilatının baş katibi Antonio Quterreşlә görüşüb.

Mövlud Çavuşoğlu bu gün keçirilәcәk VI İstanbul Vasitәçilik Konfransına qatılmaq üçün Türkiyәyә sәfәr edәn BMT baş katibi  Antonio Quterreşlә bir araya gәlib.

Bu barәdә Mövlud Çavuşoğlu şәxsi ‘‘Twitter’’ sәhifәsindәn verdiyi mәlumatda bildirib.

'‘Quterreş ilә Suriya, Fәlәstin vә Kipr mәsәlәlәri başda olmaqla regional vә qlobal proseslәri qiymәtlәndirdik. Birlәşmiş Millәtlәr Tәşkilatı ilә aramızdakı әmәkdaşlıq layihәlәri  әtrafında fikir mübadilәsi apardıq’’,-deyә Türkiyәnin xarixi işlәr naziri bildirib.

Digәr tәrәfdәn Mövlud Çavuşoğlu İraq xarici işlәr naziri Mәhәmmәd әl-Hәkimlә dә görüşüb.

Mövlud Çavuşoğlu VI İstanbul Vasitәçilik Konfransından sonra İraq xarici işlәr naziri ilә bir araya gәlib.

Mәlumata görә, görüş mәtbuat üçün qapalı keçirilib.



Әlaqәli Xәbәrlәr