Türkiyə ABŞ Nümayəndələr Palatasının qərarını sərt şəkildə qınadı

Türkiyə ABŞ Nümayəndələr Palatasında Suriyanın şimalında terror təşkilatı YPG/PKK/SDG və DEAŞ-a qarşı həyata keçirilən “Sülh çeşməsi” hərəkatı səbəb göstərilərək Türkiyəyə sanksiya tətbiqinə dair qanun layihəsinin qəbul edilməsini sərt dillə qınadı.

1296746

Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada "Bu gün ABŞ Nümayəndələr Palatasında “Sülh çeşməsi” hərəkatı səbəb göstərilərək ölkəmizə tətbiq olunan sanksiyaları nəzərdə tutan qanun layihəsinin qəbul edilməsini qətiyyətlə pisləyirik." ifadələri yer alıb.

Türkiyədə yüksək səviyyəli səlahiyyətliləri və Silahlı Qüvvələri hədəf alan layihənin NATO daxilində davam etdirilən müttəfiqlik ruhuyla üst üstə düşmədiyinə işarə edilən açıqlamada 17 oktyabrda Suriya mövzusunda ABŞ ilə qəbul edilən razılaşmaya da zidd olduğu ifadə edilib.

ABŞ-ın birtərəfli təhdidlərlə heç bir nəticə əldə edə bilməyəcəyi ifadə edilən açıqlamada  "Son zamanlarda müttəfiq bir ölkə və bir terror təşkilatı (YPG/PKK/SDG) arasındakı fərqi gözdən yayındıran açıqlamaları və hərəkətlərilə bir  terrorçu şəxsi qanuniləşdirən ABŞ rəsmiləri birtərəfli sanksiya təhdidlərilə bir nəticə əldə edə bilməyəcəklərini görməlidir. ABŞ rəhbərliyini münasibətlərimizə daha çox zərər verməməsi üçün addımlar atmağa dəvət edirik" ifadələri işlədilib.

Әlaqәli Xәbәrlәr