İstanbul VI Vasitəçilik Konfransı

İstanbul VI Vasitəçilik Konfransı Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakıyla 31 oktyabrda təşkil ediləcək.

1296589
İstanbul VI Vasitəçilik Konfransı

 

  İstanbul VI Vasitəçilik Konfransı Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakıyla 31 oktyabrda təşkil ediləcək.

  "Barış üçün beynəlxalq vasitəçilik: vəziyyət dəyərləndirməsi və irəliyə baxış" başlıqlı VI Vasitəçilik Konfransının açılışını BMT-nin baş katibi və Türkiyənin xarici işlər naziri edəcək.

  Türkiyə builki konfransda BMT Baş Katibliyi Ali Vasitəçilik Müşavirə Qrupunun üzvləriylə təşkil edəcəyi yığıncağın da ev sahibi olacaq.

  Qrupda Finlandiya, Nigeriya və Qırğızıstanın əvvəlki dövlət başçıları, İordaniya, Cəzair, Tanzaniya, İndoneziya, Quatemala, Şillinqin əvvəlki xarici işlər nazirləri, Əfqanıstanın keçmiş qadın işləri üzrə naziri, o cümlədən BMT və bir sıra qurumların əvvəlki üst səviyyə idarəçiləri var.

  Konfrans çərçivəsində panellərdə sülh yollarını arama və tapmaqda regional və beynəlxalq təşkilatların vasitəçiliyi, barış məsələlərində aktual vəziyyət və inkişaf edən texnologiyaların sülh səylərinə təsirləri mövzuları müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr