Çavuşoğlu: “Rusiya YPG/PKK terroristlərin etibarlı bölgədən çıxdığını bildirdi”

Rusiyanın YPG / PKK terrorçularının Suriyadakı etibarlı zonadan çıxdıqlarına dair məlumatları yüksək qiymətləndirsəq belə terrorçulara inanmağımız  mümkün deyil. Bunu Xarici işlər naziri M.Çavuşoğlu deyib.

1297049
Çavuşoğlu: “Rusiya YPG/PKK terroristlərin etibarlı bölgədən çıxdığını bildirdi”

Çavuşoğlu, İsveçrənin paytaxtı Cenevrədə Rusiya Xarici işlər naziri Sergey Lavrov və İran Xarici işlər naziri Məhəmməd Cevad Zərif ilə üçtərəfli görüşdən sonra keçirilən birgə mətbuat konfransında: “prioritetlərimiz Suriya böhranına, Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının 2254 nömrəli qərarı əsasında suriya  xalqının mənimsədiyi proses çərçivəsində son qoymaqdır. Suriya Konstitusiya Komitəsi bu gün fəaliyyətə başlayacaq. Bu  da Astana formatının təsirli beynəlxalq təşəbbüs olduğunu  daha bir dəfə göz önünə sərir” deyə vurğulayıb.

Sahədə edilən əməkdaşlığa da toxunan Xarici işlər naziri Çavuşoğlu, bu addımın siyasi prosesin işləməsi üçün də uyğun mühit yaradacağına diqqət çəkib və bəzilərinin iddialarına zidd olaraq Sülh Çeşməsi Əməliyyatının siyasi prosesə dəstək verəcəyini, bunun əsas səbəbinin isə YPG / PKK-nın separatçı bir terror təşkilatı olması olduğunu, Əməliyyatın Suriyanın ərazi bütövlüyü və siyasi birliyinin qorunmasına töhfə verdiyini qeyd edib.

Çavuşoğlu, ABŞ və Rusiya ilə YPG / PKK terrorçuların etibarlı zonadan çıxarılmalarına dair əldə edilən razılaşmalar ilə bağlı ünvanlaran suallara: “Rusiya YPG-lərin bölgədən çıxdıqlarını rəsmi olaraq bildirdi. Bu ölkəyə inanmalıyıq. Ancaq terrorçular üçün eyni şey söz mövzusu deyil. YPG / PKK terrorçularını Suriyadakı təhlükəsiz bölgədə gördükdə  dər hal məhv edəcəyimizdən heç kəs şübhə etməsin”.



Әlaqәli Xәbәrlәr