ABŞ-ın Türkiyədəki səfiri David Satterfield XİN-ə çağrıldı

ABŞ-ın Türkiyədəki səfiri David Satterfield Xarici İşlər Nazirliyinə (XİN) çağırıldı.

1297140
ABŞ-ın Türkiyədəki səfiri David Satterfield XİN-ə çağrıldı

ABŞ-ın Türkiyədəki səfiri David Satterfield Xarici İşlər Nazirliyinə (XİN) çağırıldı.

Bu barədə XİN məlumat yaydı.

"ABŞ Nümayəndələr Palatası David Satterfild, 1915-ci il hadisələri ilə əlaqədar ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi və hər hansı bir qanuni əsasdan məhrum edilmiş və "Sülh çeşməsi" hərəkatı ilə bağlı olaraq sanksiyaların tətbiq edilməsi ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağrıldı" deyə bildirildi.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatası Türkiyə əleyhinə iki layihəni dalbadal səsə qoydu.

Nümayəndələr Palatası əvvəlcə 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını tanıyan qətnamə layihəsini qəbul etdi.

Nümayəndələr Palatası ayrıca Türkiyənin Suriyanın şimal-şərqində separatçı terror təşkilatı YPG / PKK-ya istiqamətli əməliyyatı ilə bağlı Türkiyəyə bəzi sanksiyalar tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini də təsdiqlədi.

 



Әlaqәli Xәbәrlәr