"ABŞ və Rusiya ilə müqavilələr bitdi, sabahdan yenidən başlayırıq", R.T.Ərdoğan

Ankara Beştəpə Millət Konqres və Mədəniyyət Mərkəzində 29 Oktyabr Türkiyə Cümhuriyyəti Günü münasibətilə təşkil edilən mərasimdə çıxış edən R.T.Ərdoğan deyib...

1296676
"ABŞ və Rusiya ilə müqavilələr bitdi, sabahdan yenidən başlayırıq", R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Suriyadakı terror təşkilatlarının təhlükəsiz bölgələrdən tamamilə çıxarıldığı haqqında məlumat verdiyini söylədi.

  Ankara Beştəpə Millət Konqres və Mədəniyyət Mərkəzində 29 Oktyabr Türkiyə Cümhuriyyəti Günü münasibətilə təşkil edilən mərasimdə çıxış edən R.T.Ərdoğan deyib:

  “Suriyanın şimalındakı terror ünsürlərinə qarşı apardığımız mübarizə davam edir.

  Söhbət milli təhlükəsizlik və tarixi məsuliyyətdən gedirsə, Türkiyə kimsədən icazə almadan öz imkanları ilə istədiyini edə biləcəyini göstərdi.

  Terror təşkilatlarının nəhəng dəstəyinin olmasına baxmayaraq xalqın dözümlü və qərarlı duruşu onlara uğur qazanmağa fürsət vermədi.

  Suriyanı neft və ya gücgöstərmə meydanı görməyən, yalnız can, qardaş görən yeganə ölkə Türkiyədir. Qərb ölkələri terror mövzusunda ikiüzlü hərəkətlər etdilər.

  Amerika Birləşmiş Ştatları ilə 150, Rusiya 120 saatlıq müqavilələr sona çatdı. Sabahdan yeni danışıqlar başlanır".



Әlaqәli Xәbәrlәr