Türkiyə Yunanıstana qanunsuz miqrantlara görə reaksiya göstərdi

Xarici İşlər Nazirliyi Yunanıstanın qanunsuz qaçqınları qurudan və dənizdən Türkiyəyə geri göndərməsinə dair açıqlama yaydı.

1295782
Türkiyə Yunanıstana qanunsuz miqrantlara görə reaksiya göstərdi

Xarici İşlər Nazirliyi Yunanıstanın qanunsuz qaçqınları qurudan və dənizdən Türkiyəyə geri göndərməsinə dair açıqlama yaydı.

Yunanıstanın qanunsuz qaçqınları yunan rəsmi orqanları vasitəsilə Türkiyəyə göndərməsini inkar etdiyi bildirilən açıqlamada vurğulanıb ki, sərhədimizdə yunan vəzifəlilər vasitəsilə tətbiq edilən qanunsuz qaçqınların geri göndərilməsi halları həm dənizdə, həm də quruda davam edir. 2018-ci ildə 11 min 867, 2019-cu ilin ilk on ayında isə 25 min 404 qanunsuz qaçqın Yunanıstandan Türkiyəyə geri qayıtmağa məcbur edildi.

Geri göndərilən qaçqınlarla müsahibə aparıldığı da bildirilən açıqlamada “Bu şəxslərin yunan vəzifəlilər tərəfindən yaxalandıqdan sonra şəxsi əşyalarının müsadirə edilərək heç bir rəsmi tətbiq olmadan, müxtəlif hadisələrdə qəbuledilməz, kobud rəftarlara məruz buraxılaraq və yunan vəzifəlilərin müşayiətində sərhədlərimizə itələndiyi aşkarlanmışdır” ifadələri yer alıb.

Açıqlamada “Yunan polisi tərəfindən yaxalanan və iki gün ac buraxılıb, elektirik enerjisi verilib zərərsizləşdirilən, plastik güllə ilə vurulan və döyülərək Məriç çayına atılan və geri qayıtmağa məcbur qalan qanunsuz miqrantlara” dair istənilən görüntü, şəkil, sənəd və qaçqınların ifadələrinin mövcud olduğu vurğulanaraq, “Yunanıstanın beynəlxalq hüquqa zidd geri qaytarma fəaliyyətləri, Avropa Şurasının hesabatlarında da qeyd olunub. Avropa Şurası Yunanıstandan beynəlxalq hüquqa zidd geri qaytarma fəaliyyətlərinin dayandırılmasını və hadisələrin araşdırılmasını istəmişdir. Yunanıstanın yeni hökumətini əlimizdə istənilən məlumat və sənədi olan və Avropa Şurası tərəfindən də müəyyən edilmiş geri göndərmə hallarını rədd etmək əvəzinə, beynəlxalq hüquqa zidd olan bu siyasətini sahmana salmaq üçün səy göstərməyə dəvət edirik” deyilib.



Әlaqәli Xәbәrlәr