Prezident Rəcəb Tayyib Ərdoğanın vəkili cinayət işinin açılması üçün müraciət etdi

Prezident Rəcəb Tayyib Ərdoğan Fransada dərc olunan “Le Ponit” jurnalının yayım direktoru Etienne Gernelle  və yazıçı Romain Quberti barəsində cinayət işi qaldırılması üçün müraciət etdi.

1294824

Prezident Ərdoğanın vəkili Hüseyn Aydın müvəkkili adından Ankara Cümhuriyyət Baş Prokurorluğuna verdiyi cinayət işi barədəki ərizəsində həmin jurnalın 24 oktyabrdakı nömrəsinin üz qabığında Ərdoğana şəklindən də istifadə edilərək həqarət edildiyi bildirilirdi.  

Şübhəlilərin 5237 nömrəli Türk Cinayət Məcəlləsinin 299-cu maddəsində nizamlanan “Prezidentin təhqir edilməsi” cinayətini işlədiyi bildirilən ərizədə həmin səbəbdən istintaq və mühakimələrdə Türkiyə ədliyyə qurumlarının hüquq əsaslarına görə səlahiyyətli və vəzifəli olduğu ifadə edildi.

Şübhəlilər Etienne Gernelle  və yazıçı Romain Qubertin prezident Ərdoğanı hədəf alaraq yazdıqları yazı ilə Prezidentin şərəf və etibarını incidəcək ifadələr işlətdiyinə işarə edilən ərazidə onlar barəsində dövlətin məhkəməyə müraciət tələbi yer alıb.

Әlaqәli Xәbәrlәr