Türkiyә Silahlı Qüvvәlәri iki tәhlükәli terrorçunu da zәrәrsizlәşdirib

Terrorçuların F-16 tipli qırıcılarla hәyata keçirilәn hava әmәliyyatı nәticәsindә zәrәrsizlәşdirildiyi qeyd olunub.

1293928
Türkiyә Silahlı Qüvvәlәri iki tәhlükәli terrorçunu da zәrәrsizlәşdirib

 

 

Milli Kəşfiyyat İdarәsi ilә Türkiyә  Silahlı Qüvvələrinin İraqın şimalındakı Qara bölgәsindә hәyata keçirdiyi әmәliyyat nәticәsindә zərərsizləşdirilən 2 PKK  terrorçusunun  ‘‘qırmızı’’ kateqoriyada axtarılan Sərvət Aydın  və Söyləməz Yaşar olduğu müəyyənləşdirilib.

Təhlükəsizlik mənbələrindən verilәn  məlumata görə, Milli Kəşfiyyat İdarәsi ilә Türkiyә  Silahlı Qüvvələrinin İraqın şimalındakı Qara bölgәsindә hәyata keçirdiyi әmәliyyat nәticәsindә ‘‘Gülçiya’’ lәqәbli Servet Aydın vә ‘‘Kekoşin Batman’’ lәqәbli Söylәmәz Yaşar zәrәrsizlәşdirilib.

Terrorçuların F-16 tipli qırıcılarla hәyata keçirilәn hava әmәliyyatı nәticәsindә zәrәrsizlәşdirildiyi qeyd olunub.

Әmәliyyat zamanı zәrәrsizlәşdirilәn Sәrvәt Aydının Daxili İşlәr Nazirliyinin ‘‘qırmızı’’ katiqoriyasında olduğu, 2000-ci illәrdә Diyarbәkirdә fәaliyyәt göstәrdiyi vә Diyarbәkirin mәrkәzindә vә әtrafındakı bölgәlәrdә hәyata keçirilәn aktlarda әli olduğu bildirilib.

Eyni әmәliyyat zamanı zәrәrsizlәşdirilәn Söylәmәz Yaşarın da ‘‘qırmızı’’ katiqoriyada axtarılan terrorçular siyahısında olduğu bildirilib.



Әlaqәli Xәbәrlәr