“Sülh çeşməsi” əməliyyatı bölgəsində kəşf və nəzarət fəaliyyətləri davam edir

Milli Müdafiə Nazirliyi Türkiyə ilə Rusiya arasında qəbul edilən Soçi razılaşması razılaşmasının həyata keçirilməsi və nəzarəti üçün təşkil ediləcək mexanizmlərə dair fəaliyyətlərin rus tərəfmüqabillərilə davam etdiyini bildirdi.

1294183
“Sülh çeşməsi” əməliyyatı bölgəsində kəşf və nəzarət fəaliyyətləri davam edir

Milli Müdafiə Nazirliyi Türkiyə ilə Rusiya arasında qəbul edilən Soçi razılaşmasının həyata keçirilməsi və nəzarəti üçün təşkil ediləcək mexanizmlərə dair fəaliyyətlərin rus tərəf-müqabillərilə davam etdiyini bildirdi.

Nazirliyin mətbuata açıqlamasında “Sülh çeşməsi” əməliyyatı bölgəsində kəşf və nəzarət fəaliyyətlərinin davam etdiyi bildirilib.

Bölgədə təhlükəsizliyin təmin edilə bilməsi üçün indiyədək 40 mina və 227 əl istehsalı partlayıcı aşkarlanaraq mütəxəssis ekipajlar tərəfindən zərərsizləşdirildi.

Terror təşkilatının qazdığı kilometrlərlə uzunluqdakı tunellər də iş maşınları ilə məhv edilib.

Türkiyə Silahlı Qüvvələri tərəfindən Tel Abyadda istifadəyə verilən çörəkxanadan əhaliyə çörək paylanarkən qurulan ilk yardım stansiyasında başda uşaqlar olmaqla bölgə xalqına səhiyyə xidməti göstərilir.

Nazirlik xarici mətbuat mənsublarının “Sülh çeşməsi” əməliyyatının keçirildiyi bölgəyə aparıldığı məlumatını da bölüşüb.

Dinc vətəndaşlara tarixi, mədəniyyət və dini əsərlər ilə ətraf-mühitə zərər verilmədiyinin xarici mətbuat mənsublarına yerindəcə göstərildiyi ifadə edildi.

Tel Abyadda DEAŞ-lı terrorçuların həbs edildiyi və PKK/YPG-li terrorçular tərəfindən boşaldılan həbsxanada da tədqiq edildi.

Hərbi birliklərin olduqları yerlərdə istənilən təhlükəsizlik tədbirləri görərək kəşf və nəzarət fəaliyyətlərinə davam etdiyi bildirildi.  



Әlaqәli Xәbәrlәr