"Türkiyə və Rusiya hərbiçiləri Suriyada birgə patrul xidmətinə başlayacaqlar",R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Suriya sərhədində 10 kilometr məsafədə Türkiyə və Rusiya hərbçilərinin birgə patrul xidmətinin başlanacağını bildirdi.

1292753
"Türkiyə və Rusiya hərbiçiləri Suriyada birgə patrul xidmətinə başlayacaqlar",R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Suriya sərhədində 10 kilometr məsafədə Türkiyə və Rusiya hərbçilərinin birgə patrul xidmətinin başlanacağını bildirdi.

  Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Soçidə prezident iqamətgahında 6 saatlıq təkbətək görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış ediblər.

  Ərdoğan deyib:

  “Bir zamanlar terror ölkəsi olan Suriya Türkiyənin səyləriylə yenidən dinclik və sabitliyə qovuşdu. Biz 350 min kürd, 3 milyon 650 min suriyalı qardaşa son 8,5 ildə qucaq açan bir ölkəyik. İndi bu qardaşların vətən həsrətinə son qoymaq üçün addım atmalıyıq.

  Həmkarım Putinlə "Sülh çeşməsi" əməliyyatı ilə bağlı son prosesləri müzakirə etdik.

  Türkiyə-Suriya sərhədindəki PYD ünsürləri 23 oktyabr tarixində günorta yerli saatla 12.00-dən etibarən 150 saat ərzində silahları ilə birlikdə 30 kilometr geriyə çəkildilər. Daha sonra eyni bölgədə 10 kilometr məsafədə Türkiyə və Rusiyanın birgə patrul xidməti fəaliyyətə başlayacaq”.

  Vladimir Putin isə öz çıxışında bunları qeyd edib:

  “Türkiyənin sərhəd təhlükəsizliyi narahatlıqlarını başa düşürük. Hökumətin milli təhlükəsizliklə əlaqədar addımlar atmaq istəməsi normaldır."

  Mətbuat konfransından sonra 10 maddədən ibarət anlaşma mətni oxundu. Mətni oxuyan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyanın Tel Abyad və Rasulayn bölgələrində mövcud "Sülh çeşməsi" əməliyyatı sahəsindəki status-kvotanın mühafizə ediləcəyini vurğuladı.

  Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri 9 oktyabrda Suriyanın Fərat çayının şərqində "Sülh çeşməsi" əməliyyatına başlayıb və ABŞ-la əldə olunan razılaşmaya əsasən 17 oktyabrdan hərəkata fasilə verilib.



Әlaqәli Xәbәrlәr