M.Çavuşoğlu İtaliyanın açıqlamalarına reaksiya verib

İtaliyanın Sülh Çeşməsi əməliyyatı  ilə  bağlı mövqeyi iki müttəfiq ölkə arasındakı mövcud və gələcəkdə ediləcək əməkdaşlığa zərbə endirə bilər.

1292536
M.Çavuşoğlu İtaliyanın açıqlamalarına reaksiya verib

İtaliya Baş naziri Giuseppe Conte buna mene olmaq üçün lazımlı addımları atmalıdır. Bunu Xarici işlər naziri Mevlut Çavuşoğlu deyib.

Xarici işlər naziri Çavuşoğlu İtalyanın tirajlı qəzetlərindən Il Messaggeroya müsahibəsində İtaliyanın Türkiyənin Suriyanın şimal-şərqindəki terror dəhlizinin yaradılmasına  dair  cəhdin qarşısını almaq məqsədiylə oktyabrın 9-da həyata keçirdiyi Sülh Çeşməsi əməliyyatına dair açıqlamalarına sərt reaksiya verib.

Çavuşoğlu: "İtaliya, Türkiyə ilə münasibətlərə zərbə endirəcək açıqlamalardan imtina etsin və terroristlərə qarşı mübarizədə bizə lazımlı dəstəyi versin” başlığı ilə yayımlanan müsahibəsində : "İtaliyanın Türkiyəyə silah sanksiyası tətbiq olunması mövzusundakı açıqlamaları qəbul edilə bilməz. Türkiyəyə sanksiya tətbiq edilməsini istəyən Avropa ölkələrinin başında İtaliyanın iştirak etməsini təəssüflə qarşılayır və bu ölkə hökumətindən separatçı terror təşkilatı PYD / YPG-yə qarşı mübarizədə həmrəylik sərgiləməsini və dəstək verməsini gözləyirik. Roma və Ankara Suriya və Şərq Aralıq dənizi kimi mövzularda strateji partner olaraq addım atmalıdır. Türkiyənin yerüzündə ən çox miqranta ev sahibliyi edən ölkə olduğu gözdən yayındırılmamalıdır. 300 mini YPG / PYD-nin təzyiqi və zülmühdən qaçan kürdlər olmaqla 3 milyon 600 min Suriyalıya ev sahibliyi edirik. Türkiyə bu insanlara lazımlı hər cür xidməti çatdırır. Onları deportasiya etməkdə imtina edirik. Sülh Çeşməsi əməliyyatının əsas məqsədlərindən biri də beynəlxalq hüquq normları və BMT agentlikləri ilə güclü əməkdaşlıq çərçivəsində miqrantların öz evlərinə ya da Suriyada seçim edəcəkləri əraziylərə könüllü olaraq təhlükəsiz şəkildə qayıtmalarını asanlaşdırmaqdır”-deyə Çavuşoğlu vurğulayıb.



Әlaqәli Xәbәrlәr