Prezident Ərdoğan Norveçin Ankaradakı səfirini qəbul etdi

Prezident Rəcəb Tayyib Ərdoğan Norveçin Ankaradakı səfiri Erling Skjonsbergini  qəbul etdi.

1291974
Prezident Ərdoğan Norveçin Ankaradakı səfirini qəbul etdi

Prezident administrasiyasında   baş tutan qəbulda səfir Skjonsberg  etimad məktubunu  Ərdoğana təqdim etdi. Səfir Skjonsbergin həyat yoldaşı və səfirliyin bəzi   üzvlərinin   cənab Ərdoğana təqdimatından sonra xatirə şəkilləri çəkildi.

Prezident Ərdoğan, İstanbul Konqres Mərkəzində  təşkil  edilən  TRT Dünya Forumu  çərçivəsində   isə Tunisin  Nahda Hərəkatının lideri Rəşid əl Qannouchi, Bosniya və Herseqovina Şurasının üzvü  Şefik Cəfəroviç ilə də  ayrı-ayrılıqda  görüş keçirdi.



Әlaqәli Xәbәrlәr