Rəcəb Tayyib Ərdoğan və Boris Conson arasında telefon danışığı olub

Bu barədə Türkiyə Prezident Aparatının mətbuat xidmətindən verilən məlumatda bildirilib.

1291238
Rəcəb Tayyib Ərdoğan və Boris Conson arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İngiltərə baş naziri Boris Conson arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezident Aparatının mətbuat xidmətindən verilən məlumatda bildirilib.
Məlumata görə, görüşdə ikitərəfli münasibətlər ilə regional proseslər müzakirə olunub.

Prezident Ərdoğan görüşdə Suriyanın şimal-şərq ilə əlaqədar Türkiyə-Amerika Birləşmiş Ştatları arasında əldə olunan razılaşma çərçivəsində müəyyən edilən müddət ərzində (120 saat) terror təşkilatı PKK/YPQ-nin  təhlükəsiz bölgədən çıxarılması, ağır silahlarının toplanması və mövqelərinin məhv edilməsi ilə bağlı prosesin yaxından təqib edildiyini ifadə edib.

 



Әlaqәli Xәbәrlәr