Ərdoğanın Bakı görüşləri

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Keneşi) 7-ci toplantısının olduğu Azərbaycanın paytaxtı Bakıda R.T.Ərdoğan görüşlər keçirib.

1288245
Ərdoğanın Bakı görüşləri
erdogan-orban.jpg

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 14-də Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

  Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Keneşi) 7-ci toplantısının olduğu Azərbaycanın paytaxtı Bakıda mətbuata qapalı keçirilən bu görüş bir saat çəkib. Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, sənaye və texnologiya naziri Mustafa Varank və ticarət naziri Ruhsar Pekcan da iştirak edib.

  Ərdoğan axşam saatlarında Tunisin yeni prezidenti Kays Saida zəng edib və onu seçkini qazandığı üçün təbrik edərək uğurlar arzulayıb.

  Türkiyə prezidenti Bakıda Macarıstanın baş naziri Viktor Orbanı qəbul edib. Mətbuata qapalı keçirilən qəbul yarım saat sürüb. Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, səhiyyə naziri Fəxrəddin Koca, sənaye və texnologiya naziri Mustafa Varank və ticarət naziri Ruhsar Pekcan iştirak edib.



Әlaqәli Xәbәrlәr