"Türkiyə terror təşkilatları ilə mübarizəsini davam etdirir", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin bu günə qədər olduğu kimi bundan sonra da terror təşkilatları arasında ayrı-seçkilik qoymadan mübarizəsinə davam edəcəyini söylədi.

1286417
"Türkiyə terror təşkilatları ilə mübarizəsini davam etdirir", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin bu günə qədər olduğu kimi bundan sonra da terror təşkilatları arasında ayrı-seçkilik qoymadan mübarizəsinə davam edəcəyini söylədi.

Çavuşoğlu Türkiyədə səfərdə olan NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb.

Çavuşoğlu İstanbulda  kçirilən təkbətək görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib:

"Türkiyə olaraq bu günə qədər terror təşkilatları arasında ayrı-seçkilik qoymadan hamısı ilə mübarizə apardıq, mübarizəmiz davam edəcək”.

Çavuşoğlu Suriyanın şimalındakı terror ünsürlərinə qarşı başladılan “Sülh çeşməsi” (Barış Pınarı) hərəkatı ilə əlaqədar olaraq bunları söyləyib:

"Həmin hərəkat NATO-nun cənub-şərq sərhədlərini təşkil edən milli sərhədlərimizdən kənardan qaynaqlanan təhdidə son qoyulmasını məqsəd götürüb. Buna görə də ittifaq ərazisinin təhlükəsizliyi baxımından əhəmiyyətlidir".

Çavuşoğlu təhlükəsizliyin bölünməzliyi prinsipi çərçivəsində müttəfiqlərin də Türkiyə ilə həmrəylik ortaya qoymasının ən təbii və ən qanuni gözləntisi olduğunu vurğulayıb.

Mövlud Çavuşoğlu "Türkiyənin qanuni narahatlıqlarını anlayırıq” deyirlər, amma bu kifayətli deyil, bu həmrəyliyi aydın görmək istəyirik" deyib.

NATO üzvü ölkələrin terror təşkilatı PKK ilə YPG-nin eyni olduğunu və Türkiyənin milli təhlükəsizlik narahatlığının haqlı və qanuni olduğunu dilə gətirdiyini ifadə edən Çavuşoğlu Türkiyənin burada narahatlığı qanuni isə, bu narahatlığa səbəb olan terror təşkilatıyla mübarizə etmək də qanuni haqqımızdır. Türkiyə diplomatiya və müzakirə yolundan sonuna qədər istifadə etmişdir" deyə bildirib.

Çavuşoğlu DEAŞ-ı ortaq bir düşmən olaraq qəbul etdiklərini dilə gətirdi və DEAŞ ilə bu günədək qarşı-qarşıya döyüşən yeganə əsgərin Türk əsgəri olduğunu vurğulayıb.

NATO-nun baş katibi Stoltenberq də Türkiyənin NATO ittifaqının çox güclü bir üzvü olduğunu ifadə edərək, "NATO üzvlərindən heç biri Türkiyə qədər Orta Şərqdən qaynaqlanan hücumlara məruz qalmadı" deyib.

Stoltenberq davam edən “Sülh çeşməsi” hərəkatını nazir Çavuşoğlu ilə qiymətləndirdiklərini ifadə edərək, "Suriyada olan DEAŞ silahlılarının orada qalmasını təmin edəcək bir həll yolu tapılmalıdır" deyə bildirib.

Türkiyənin terrorla mübarizədə əhəmiyyətli bir ölkə olduğunu vurğulayan Stoltenberq DEAŞ ilə mübarizədə Türkiyənin verdiyi töhfəyə diqqət çəkib.

Stoltenberq "NATO müttəfiqləri Türkiyəni dəstəkləməyə davam edəcək. Türkiyə hamımız üçün əhəmiyyətli bir mübarizənin ön cəbhəsində yer alır" ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr