Türkiyə beynəlxalq ictimaiyyəti məlumatlandırmaqda davam edir

Türkiyə cənub sərhədində yaradılmağa çalışılan terror dəhlizini məhv etmək, bölgəyə sülh və dincliyi gətirmək məqsədiylə başladılan “Sülh çeşməsi” (Barış Pınarı) hərəkatı haqqında Türkiyədəki xarici nümayəndəlikləri məlumatlandırmağa davam edir.

1285822

Həmin çərçivədə Avropa İttifaqı (Aİ) Türkiyə üzrə nümayəndə heyətinin başçısı səfir Christian Berger Xarici İşlər Nazirliyinə çağırılaraq davam edən hərəkata və hərəkatın səbəblərilə bağlı məlumatlandırıldı.

Dünən BMT Təşkilatının Təhlükəsizlik Şurasına üzv olan ölkələrin Ankaradakı diplomatik missiya nümayəndələri hərəkat barədə məlumatlandırılmaq üçün Xarici İşlər Nazirliyinə çağrıldı.

Xarici işlər nazirinin müavini Sedat Önal Nazirliyə gələn ABŞ-ın Ankaradakı səfiri David Mişel Satterfield, Fransanın Ankaradakı səfiri Carles Fries, Böyük Britaniyanın Ankaradakı səfiri Dominik Çilkot, Rusiyanın Ankaradakı səfiri Aleksey Yerhov və Çinin Ankaradakı Səfirliyinin baş direktoru Cheng Veixua məlumatlandırılmışdı.

BMT Təhlükəsizlik Şurasına üzv ölkələrdən başqa nazirliyə çağrılan səfirlər arasında İranın Ankaradakı səfiri Məhəmməd Farazmand da yer almışdı.

Әlaqәli Xәbәrlәr