TSQ Suriyanın şimalında “Barış Pınarı” (Sülh bulağı) adlı hərbi əməliyyatlara başladı

Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın şimalında PKK/YPG və DEAŞ terror təşkilatlarına qarşı “Barış pınarı” (Sülh bulağı) əməliyyatına start verdi.(YENİLƏNİB)

1284939
TSQ Suriyanın şimalında “Barış Pınarı” (Sülh bulağı) adlı hərbi əməliyyatlara başladı
baris pinari harekati1.jpg
cumhurbaskani erdogan.jpg

 

  Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın şimalında PKK/YPG və DAEŞ terror təşkilatlarına qarşı “Barış pınarı” (Sülh bulağı) əməliyyatına start verdi. Məlumatı ilk olaraq ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsi “twitter” hesabından türk, ingilis və ərəbcə açıqladı.

  Ərdoğan açıqlamasında “Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və DEAŞ terror təşkilatlarına qarşı #BarışPınarıHarekatını başlatmışdır” deyə bildirib: “Məqsəd Türkiyənin cənub sərhədində yaradılmağa cəhd göstərilən terror dəhlizini məhv etmək və bölgəyə sülh və əmin-amanlıq gətirməkdir. “Barış pınarı” (Sülh bulağı) əməliyyatı ilə ölkəmizə qarşı terror təhdidini aradan qaldıracağıq. Qurulacaq təhkükəsiz bölgə sayəsində suriyalı qaçqınların ölkələrinə qayıtmalarına imkan yaradılacaq. “Sülh bulağı” hərəkatı ilə Suriyanın torpaq bütövlüyünü qoruyacaq, bütün bölgə xalqını terrorun caynağından xilas edəcəyik. Qəhrəman mehmetciklərə və yerli dəstək hissələrinə uğurlar diləyirik”.

  Ərdoğan "Sülh bulağı" əməliyyatı ilə əlaqədar olaraq Cümhuryyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı və İYİ Partiyanın sədri Meral Akşenerə də zəng edərək məlumat verib.



Әlaqәli Xәbәrlәr