İbrahim Kalın Robert C.Obrayn ilə telefonla danışdı

Prezident Aparatının sözçüsü İbrahim Kalın ABŞ-ın Milli Təhlükəsizlik üzrə sözçüsü səfir Robert C.Obrayn ilə telefonla danışdı.

1284797
İbrahim Kalın Robert C.Obrayn ilə telefonla danışdı

Prezident Aparatının sözçüsü İbrahim Kalın ABŞ-ın Milli Təhlükəsizlik üzrə sözçüsü səfir Robert C.Obrayn ilə telefonla danışdı.

Bununla bağlı yayılan açıqlamaya görə, Kalın-Obrayn arasında keçirilən telefon danışığında Suriyanın şimalında təhlükəsizlik bölgəsinin yaradılması və bu sahədə bundan sonra atılması vacib olan addımlar müzakirə olunub.

Telefon danışığında ayrıca, prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Donald Trampın dəvətilə 13 noyabr 2019-cu il tarixində Vaşinqtona reallaşdıracağı səfərin gündəmilə bağlı fikir mübadiləsi aparılıb.

Kalın təhlükəsiz bölgənin məqsədinin Suriyanın torpaq bütövlüyü çərçivəsində Türkiyə sərhədini terrorçu ünsürlərdən təmizləmək və mühacirlərin evlərinə qayıtmalarına imkan yaratmaq olduğunu, terror təşkilatı DEAŞ ilə mübarizənin əzmlə davam etdiriləcəyini ifadə etdi.



Әlaqәli Xәbәrlәr