Çavuşoğlu və Lavrov Suriyadakı vəziyyəti müzakirə etdilər

Xarici İşlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

1284174
Çavuşoğlu və Lavrov Suriyadakı vəziyyəti müzakirə etdilər

Xarici İşlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

 Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin məlumatına görə, telefon danışığı zamanı XİN başçıları Suriya münaqişəsinin nizamlanma prosesini ətraflı şəkildə müzakirə ediblər.

Nazirlər Suriyanın şimal-şərqindəki vəziyyətə xüsusi diqqət ayırıblar. Bundan başqa, Balkan yarımadasındakı vəziyyət barədə də fikir mübadiləsi aparılıb.

XİN başçıları bütün istiqamətlərdə Rusiya-Türkiyə əməkdaşlığını möhkəmləndirmək və inkişaf etdirmək üçün intensiv dialoqu davam etdirmək barədə razılığa gəliblər.



Әlaqәli Xәbәrlәr