"Türkiyə - Serbiya əlaqələri bu gün tariximizin ən yaxşı səviyyəsindədir", R.T.Ərdoğan

2 günlük Serbiyaya gedən Ərdoğan səfərdən əvvəl bu ölkədə çıxan “Politika” qəzetinə müsahibə verərək bunları ifadə edib...

1283175
"Türkiyə - Serbiya əlaqələri bu gün tariximizin ən yaxşı səviyyəsindədir", R.T.Ərdoğan

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə - Serbiya əlaqələrinin bu gün tarixin ən yaxşı səviyyəsində olduğunu bildirdi.

  2 günlük Serbiyaya gedən Ərdoğan səfərdən əvvəl bu ölkədə çıxan “Politika” qəzetinə müsahibə verərək bunları ifadə edib:

  “Ortaq sərhədlərimiz olmasa da, Serbiyanı qonşu ölkə olaraq görürük.

  Balkanlarda sülh və sabitliyin qorunması çox böyük əhəmiyyət daşıyır. Serbiyada rifah və hüzurun artması da bütün bölgəyə müsbət təsir edir.

  Türkiyə ilə Serbiya arasında iqtisadi əlaqələr artmaqdadır. Ortaq ticarət həcmi 2018-ci ildə rekord qıraraq 1,2 milyard dollara çatıb. Hədəfimiz bu rəqəmi 5 milyard dollar etməkdir.

  Kosova probleminə gəlincə tərəfləri təmin edəcək bir razılaşmaya gəlinməsi lazımdır. Biz də Türkiyə olaraq tərəflərin azad iradəsi və razılığına söykənən qalıcı və əhatəli bir anlaşmanı dəstəkləyirik".



Әlaqәli Xәbәrlәr