Ərdoğanın Serbiya səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfərlə bağlı oktyabrın 7 və 8-i tarixlərində Serbiyadadır.

1283440
Ərdoğanın Serbiya səfəri
erdogan sirbistan2.jpg
erdogan sirbistan3.jpg
erdogan-vucic.jpg

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfərlə bağlı oktyabrın 7 və 8-i tarixlərində Serbiyadadır.

  R.T.Ərdoğan paytaxt Belqraddakı Serbiya Sarayında həmkarı Aleksandr Vucic tərəfindən rəsmi mərasimlə qarşılandı.

  Prezidentlər mərasimdən sonra iki ölkə arasındakı diplomatik əlaqələrin 140-cı ildönümü münasibətilə Serbiya Dövlət Arxivlərindəki sənəd və fotoşəkillərdən ibarət sərgini gəzdilər.

  İkili görüşdən sonra isə Ərdoğan və Vucic Türkiyə-Serbiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının II Toplantısına sədrlik etdilər.

  Burada etdiyi çıxışında Ərdoğan iki ölkə arasındakı əlaqələrin güclənərək davam etməsindən duyulan məmnuniyyəti dilə gətirərək dedi:

  "Türkiyə-Serbiya arasındakı siyasi, iqtisadi, ticarət və mədəniyyət əlaqələrinin artması həqiqətən gözqamaşdırıcıdır. Bunların daha da artaraq davam etməsi üçün mən Yüksək Səviyyəli Strateji Şura Yığıncağına çox əhəmiyyət verirəm. Nazirlər öz aralarında infrastruktur görüşləri edəcəklər. Bizim əlaqələrin daha çox irəli gedəcəyinə inanıram."   

  Serbiya prezidenti Aleksandr Vucic də öz növbəsindəki çıxışında bunları söylədi:

  “İqtisadi əməkdaşlıq, turizm və mədəniyyət kimi bəzi konkret sahələr üzərində danışdıq və razılığa gəldik."

  Toplantıdan sonra dövlət başçıları iki ölkə arasında 9 müqaviləyə imza atdılar və sonra ortaq mətbuat konfransı təşkil etdi. Türkiyə prezidenti buradakı çıxışında iki ölkənin ticarət həcminin 1,2 milyard dollara yüksəldiyi, hədəfin isə qısa vadədə 2, uzun müddətə isə 5 milyard dollar olduğunu dilə gətirdi.

  Türkiyənın Serbiyanın Yenipazar bölgəsinə Baş Konsulluq açma istəyinə də müsbət cavab aldığını açıqlayan Ərdoğan onu da deyib ki, "Oktyabrın 8-də Türkiyə, Serbiya və Bosniya Herseqovina Üçlü Zirvə Toplantısı reallaşacaq. Beləcə, könülləri bir-birinə qovuşduran yeni bir dostluq və barış körpüsü tikəcəyik. İnsanlıq üçün döyüş deyil, barış lazımdır."



Әlaqәli Xәbәrlәr