Ərdoğan: "ABŞ qoşunlarını Suriya-Türkiyə sərhədindən geri çəkməyə başladı"

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-ın qoşunlarının Suriya-Türkiyə sərhədindən geri çəkilməyə başladığını bildirdi.

1283076
Ərdoğan: "ABŞ qoşunlarını Suriya-Türkiyə sərhədindən geri çəkməyə başladı"

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-ın qoşunlarının Suriya-Türkiyə sərhədindən geri çəkilməyə başladığını bildirdi.

Ərdoğan qeyd etdi ki, bu, yeni bir məsələ deyil.

Dünən axşam ABŞ prezidenti Trampla telefon danışığını qiymətləndirən prezident Ərdoğan “Bildiyiniz kimi, ABŞ Prezidenti Donald Tramp ABŞ qoşunlarının Suriya-Türkiyə sərhədindən geri çəkilməsi ilə bağlı lazımi göstərişlərini vermişdi. Sadəcə bu proses gecikirdi” dedi.

 Ərdoğan Suriyanın şimalında hərbi əməliyyatlara başlamaqda qətiyyətli olduqlarını bildirərək terror təşkilatlarının Türkiyəyə qarşı təhdidlərinin qarşısının alınacağını vurğuladı.

Trampın dəvətini də qiymətləndirən Ərdoğan “Güclü ehtimalla noyabrın ilk yarısında bu səfəri reallaşdıracağıq. Qarşı-qarşıya olması işin dərinliyini, Türkiyə-ABŞ əlaqələri və bölgədəki vəziyyəti də müzakirə imkanımız olacaq” ifadələrini işlətdi.

Tramp ilə görüşündə əsas mövzulardan birinin də “F-35” döyüş təyyarələrinin olacağını qeyd edən Ərdoğan “Bu xeyli müddətdir davam edən bir proses oldu. Görüşdə bu barədə qərar verilməsini istəyirik. Ödənişləri biz ləngitmirik. 1,4 milyard dollar ödəmişik. Bu məsələ müzakirə olunacaq” dedi.



Әlaqәli Xәbәrlәr