PKK-nın qadın təşkilatlanmasına qarşı əməliyyat həyata keçirildi

Milli Kəşfiyyat İdarəsi (MKİ) və Türkiyə Silahlı Qüvvələrinin koordinasiyalı fəaliyyətləri nəticəsində İraqın Qəndil bölgəsində həyata keçirilən hava əməliyyatında PKK-nın qadın təşkilatlanması KJK-nın terrorçubaşı dəqqi şəkildə hədəf alındı.

1283185
PKK-nın qadın təşkilatlanmasına qarşı əməliyyat həyata keçirildi

Milli Kəşfiyyat İdarəsi (MKİ) və Türkiyə Silahlı Qüvvələrinin koordinasiyalı fəaliyyətləri nəticəsində İraqın Qəndil bölgəsində həyata keçirilən hava əməliyyatında PKK-nın qadın təşkilatlanması KJK-nın terrorçubaşı dəqiq şəkildə hədəf alındı.

MKİ-nin əldə etdiyi kəşfiyyat çərçivəsində 13 sentyabr 2019-cu il tarixində həyata keçirilən hava əməliyyatı ilə hədəf alınan PKK/KCK İcra Şurası üzvü və PKK/KCK-dan məsul “Bese Erzincan” kod adlı Ayfər Kordunun qırmızı kateqoriyda axtarışda olduğu müəyyən edildi.

Ayfər Kordunun terror təşkilatına 1980-ci illərdə qoşulduğu, Livan və Suriya bölgələrində terrorçubaşı Abdullah Öcalandan siyasi və hərbi təlim aldığı və təşkilatın qadın təşkilatlanmasını təşkil edən mərkəzi kadrda yer aldığı öyrənildi.

PKK/KCK koordinasiyasının ən yüksək məsul terrorçusu Ayfər Kordunun “Bese Hozat” kod adlı Hülya Oran və “Sözder Avesta” kod adlı Nuriyə Kəsbir kimi yüksək səviyyəli qadın terrorçular daxil bütün qadın terrorçuların təlimi, təşkilatlanması və istiqamətləndirilməsindən məsul olduğu müəyyən edildi.



Әlaqәli Xәbәrlәr