Türkiyə Malidə hərbi hissəyə təşkil edilən terror hücumlarını qınadı

Türkiyə Malidə hərbi hissəyə təşkil edilən terror hücumlarını qınayaraq, bu ölkə xalqı və hökumətinə həyatını itirənlər üçün başsağlığı verdi.

1280670
Türkiyə Malidə hərbi hissəyə təşkil edilən terror hücumlarını qınadı

 

  Türkiyə Malidə hərbi məntəqələrə təşkil edilən terror hücumlarını qınayaraq bu ölkə xalqı və hökumətinə həyatını itirənlər üçün başsağlığı verdi.

  Türkiyə Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında Boulkessi və Mondorodakı hərbi məntəqələri hədəfə alan terror hücumlarında çox sayda əsgər və mülki şəxsin həyatını itirməsi və yaralanmasından dərin kədər duyulduğu ifadə edilərək bildirilir: "Bu dəhşətli hücumları qınayır, həyatını itirənlərə Allahdan rəhmət, yaralı olanlara şəfa diləyir, qardaş Mali xalqına və hökumətinə başsağlığı veririk".

  Qeyd edək ki, Malidə hərbi hissəyə silahlı hücum nəticəsində 2 mülki şəxs və 27 hərbçi həyatını itirib, 60-a yaxın hərbçi itkin düşüb, 4 nəfər yaralanıb.



Әlaqәli Xәbәrlәr