“Yaradılması planlaşdırılan təhlükəsiz bölgə prosesi istədiyimiz kimi irəliləmir”, H.Akar

Milli müdafiə naziri Hulusi Akar Türkiyə-Suriya sərhədində yaradılması planlaşdırılan təhlükəsiz bölgə prosesinin istənildiyi kimi davam etmədiyini söylədi.

1279940

Türkiyə Böyük Millət Məclisində yeni qanunvericilik ili münasibətilə təşkil edilən qəbulda çıxış edən Akar dedi ki, Prezidentimizin təlimatı ilə ölkəmizin maraqları istiqamətində hər addımı ata bilərik. Təhlükəsiz bölgə ilə əlaqədar proses arzu etdiyimiz kimi irəliləmir, tələblərimiz var. İnsanların evlərinə qayıda bilmələri üçün oradakı terrorçuların bölgədən çıxarılması lazımdır.

Nazir Akar “Silahlı qüvvələrimiz hər şeyi ilə, hər baxımdan hazırdır” ifadələrini də işlətdi.

Әlaqәli Xәbәrlәr