Türkiyə prezidentinin BMT çıxışı dünya mətbuatında

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) çıxışı dünya mətbuatında geniş yer aldı

2191275
Türkiyə prezidentinin BMT çıxışı dünya mətbuatında

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) çıxışı dünya mətbuatında geniş yer aldı.

  Amerikanın “New York Times” qəzeti Ərdoğanın “Qəzza dünyanın ən böyük qadın və uşaq məzarlığına çevrildi” sözlərinə ilk səhifəsində yer verdi. Qəzetdə onun 20 dəqiqəlik çıxışı boyunca Tel-Əviv rəhbərliyini sərt tənqid etdiyi vurğulandı.

  “Politico” qəzeti də Ərdoğanın Netanyahuya yönəlik tənqidlərini ön plana çıxardı. Xəbərin başlığında prezidentin "70 il əvvəl Hitler necə dayandırılıbsa, bu gün də Netanyahu eyni şəkildə dayandırılmalıdır" ifadəsi yer aldı.

  Almaniya qəzetləri də Türkiyə prezidentinin Netanyahu və Hitler müqayisəsini ön plana çıxardı.

  “Die Welt” qəzeti Ərdoğanın BMT-yə üzv ölkələrə müraciət edərək "İsrail soyqırım törədir" dediyini yazdı. Qəzet "Netanyahu Hitler kimi dayandırılmalıdır" ifadəsini də oxucularına çatdırdı.

  Serbiyanın “Politika” xəbər agentliyi "Ərdoğan Netanyahunu yenidən Hitlerə bənzətdi" ifadəsini işlətdi.

  Xorvatiyanın dövlət televiziyası HRT Türkiyə prezidentinin "İsraili dayandırın" çağırışını tamaşaçıları ilə paylaşdı.

  Yunanıstan mətbuatında isə Ərdoğanın bütün ölkələri Şimali Kipr Türk Respublikasını (ŞKTR) tanımağa çağırmasına diqqət çəkildi. Dövlət televiziyası ERT və yunan qəzetləri də eyni məsələni vurğuladı. “Ta Nea” qəzeti  "Ərdoğanın böyük meydan oxuması" başlığını istifadə etdi.



Әlaqәli Xәbәrlәr