Türkiyə müdafiə sənayesi sahəsində  güclü  addımlar atır

Türkiyə milli qırıcı təyyarəsini buraxacaq və hava hücumundan müdafiə sistemlər inkişaf etdirəcəkb gücə  sahibdir.  Bunu Milli Müdafiə etmə Naziri Hulusi Akar deyib.

1280419
Türkiyə müdafiə sənayesi sahəsində  güclü  addımlar atır

Hulusi Akar Ankarada Müstəqil İşadamları Dərnəyi (MUSIAD) tərəfindən təşkil edilən "Hərbi Radar və Sərhəd Təhlükəsizliyi Sammitində" çıxış edib. Dünyada əhəmiyyətli inkişaflar və yeniliklərin sürətlə yaşandığına və bunların çoxunun Türkiyəni maraqlandırdığına diqqət çəkən Hulusi Akar siyasi, hərbi, texnoloji, iqtisadi və digər sahələrdə cərəyan edən bütün inkişafları yaxından izlədiklərini vurğulayıb. Türkiyənin yalnız öz problemləriylə məşğul olan, sahib olduğu qaynaqları və enerjisini öz dxilində istehsal edən ölkə olmadığını bildirib.

Nazir Türkiyə  Silahlı Qüvvələrinin  (TSK) ehtiyaclarını  öz imkanlarımız və ehtiyatlarımızla təmin edəcəyik  deyib. Buraxdığımız MİLGEM gəmilərimiz, Altay döyüş tankları, Fırtına artilleriya sistemləri, ATAK hücum vertolyotu, silahlı / silahsız pilotsusz uçuş aparatları, Hürkuş təlim təyyarəsi, qısa müddət ərzində ardıcıl istehsala başlayacağımız GÖKBEY helikopterimiz və sayirə  nəqədər ciddi olduğumuzun göstəricisidir  deyə  vurğulayıb.  

Müdafiə sənayesi sahəsində yerli istehsal artmaqda davam edəcək. Amerika Birləşmiş Ştatları (ABŞ) ilə F-35 qırıcı təyyarələrinə dair danışıqların da  davam etdiyini ifadə edən Akar, F-35 təyyarələrinin təhvil verilməməsi halında Türkiyənin yerli imkanlarıyla öz qırıcılarını buraxacağını sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr