Müstəvidə yenidən Türkiyə - Avropa İttifaqı müzakirələri olacaq

Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü Börn Qrünevalder (Björn Grünewaelder) Berlində keçirilən mətbuat konfransında bildirib ki...

1277832
Müstəvidə yenidən Türkiyə - Avropa İttifaqı müzakirələri olacaq

  Almaniyanın daxili işlər naziri Horst Zeehoferin (Horst Seehofer) Türkiyəyə edəcəyi səfərdə başlıca olaraq 2016-cı ildə keçirilən Avropa İttifaqı - Türkiyə müzakirələri müstəvidə olacaq.  

  Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü Börn Qrünevalder (Björn Grünewaelder) Berlində keçirilən mətbuat konfransında bildirib ki, H.Zeehofer 3-4 oktyabr tarixlərində Fransa daxili işlər naziri Kristof Kastaner (Christophe Castaner) və Aİ Miqrasiya, Daxili İşlər və Vətəndaşlıq İşləri üzrə komissarı Dimitris Avramopulos ilə birlikdə Türkiyə və Yunanıstana gedərək qaçqınların vəziyyətinə dair məlumat alacaq.

  Almaniya daxili işlər naziri səfərləri çərçivəsində Türkiyə və Yunanıstandan olan həmkarları ilə miqrasiya siyasətini müzakirə edəcək,  Türkiyədəki danışıqların isə başlıca mövzusu Aİ - Türkiyə müqaviləsinin tətbiqilə bağlı olacaq.



Әlaqәli Xәbәrlәr