Mövlud Çavuşoğlu: ‘‘Türkiyә fәlәstinlilәrә dәstәk vermәyә davam edәcәk’’

Türkiyәnin xarici işlər naziri Mövlud Çavuşoğlu  Türkiyənin fələstinlilərə yardım etməyə və Birləşmiş Millətlər Təşkilatının fələstinli qaçqınlara yardım agentliyinə dәstәk verməyə davam edəcəyini bildirib.

1277347
Mövlud Çavuşoğlu: ‘‘Türkiyә fәlәstinlilәrә dәstәk vermәyә davam edәcәk’’

 

Türkiyәnin xarici işlər naziri Mövlud Çavuşoğlu  Türkiyənin fələstinlilərə yardım etməyə və Birləşmiş Millətlər Təşkilatının fələstinli qaçqınlara yardım agentliyinə dәstәk verməyə davam edəcəyini bildirib.

Birləşmiş Milletler Tәşkilatının Baş Mәclisinin 74-cü sessiyası ilә bağlı  Amerika Birləşmiş Ştatlarının  Nyu-York şәhәrinә sәfәr edәn Mövlud Çavuşoğlu Norveçin ev sahibliyində keçirən ‘‘Fələstinlilərə yardım üçün әlaqə komitəsi’’nin növbəti nazirlər toplantısında  iştirak edib.

Bu barәdә Mövlud Çavuşoğlu şәxsi ‘‘Twitter’’ sәhifәsindә yazıb.

‘‘Toplantıda beynәlxalq ictimaiyyәtin fələstinli qaçqınlara yardım agentliyinə siyasi vә maddi dәstәk vermәsinin әhәmiyyәtini vurğuladıq. Ölkәmiz fələstinlilərə yardım etməyə və Birləşmiş Millətlər Təşkilatının fələstinli qaçqınlara yardım agentliyinə dәstәk verməyə davam edəcək’’,-deyә Mövlud Çavuşoğlu vurğulayıb.

Az inkişaf etmiş ölkələrin  nazirlər kabinetinin iclasında  da iştirak edən Mövlud Çavuşoğlu verdiyi açıqlamada bu ifadәlәrә yer verib: ‘‘BMT-nin Qebzәdәki  texnologiya bankı ilə az inkişaf etmiş ölkәlәrin  elm və innovasiya qabiliyyətini inkişaf etdirməsini dəstəkləyirik’’.

Mövlud  Çavuşoğlu  daha sonra Paraqvay xarici işlər naziri Antonio Rivas Palacios, Uruqvay xarici işlər naziri Rodolfo Nin Novoa, Dominikan Respublikasının xarici işlər naziri Miqel Varqas və Boliviya xarici işlər naziri Dieqo Pary Rodriqez ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirib.

Görüşlərdə Dominikan Respublikası ilə mədəniyyət, informasiya texnologiyaları və diplomatik arxivlər, gənclər və idman sahəsində əməkdaşlıq, milli arxivlər arasında әmәkdaşlıq ilə TRT ilә CERTB arasında әmәkdaşlığa dair   5 müqavilə imzalanıb.

Bundan başqa Türkiyә ilә  Boliviya arasında  bir,  Monteneqro ilә isә iki  müqavilə bağlanıb.



Әlaqәli Xәbәrlәr