"Çevrilişlə hakimiyyətə gələnlərin Türkiyədə demokratiyanı tənqid etməsi tragikomiktir", H.Aksoy

Xarici İşlər Nazirliyinin nümayəndəsi Hami Aksoy Misirin Xarici İşlər Nazirliyi nümayəndənsinin prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan yalan və böhtanlarla dolu açıqlamasını rədd etdiklərini bildirdi.

1277544
"Çevrilişlə hakimiyyətə gələnlərin Türkiyədə demokratiyanı tənqid etməsi tragikomiktir", H.Aksoy

Xarici İşlər Nazirliyinin nümayəndəsi Hami Aksoy Misirin Xarici İşlər Nazirliyi nümayəndənsinin prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan yalan və böhtanlarla dolu açıqlamasını rədd etdiklərini bildirdi.

Hami Aksoy Misir Xarici İşlər Nazirliyi sözçüsünün dünən verdiyi açıqlamaya dair suala verdiyi yazılı cavabında deyib: "Misir Xarici İşlər Nazirliyinin sözçüsünün 24 sentyabr 2019-cu il tarixli, ölkəmizə və prezidentimizə yönəldilmiş yalan və böhtanlarla dolu ifadəsini rədd edirik. Çevrilişlə hakimiyyətə gələnlərin Türkiyədə demokratiyanı tənqid etməsi öz başına tragikomiktir. Türkiyə beynəlxalq ictimaiyyətin məsul bir üzvü olaraq, Misirdə geniş və sistemli şəkildə davam edən insan hüquqları pozuntularının sona çatmasına və Misir xalqının demokratiya, ədalət, bərabərlik, azadlıq və rifah kimi qanuni tələblərinin ödənilməsinə istiqamətli çağırışlar edir”.

Aksoy Misirdəki həbsxanalarda vicdana sığmayan tətbiqlərin ilə siyasi qərarlarla icra edilən məhkəmə proseslərinin beynəlxalq ictimaiyyət tərəfindən yaxşı bilindiyini vurğuladı və bu tətbiqlərin müxtəlif beynəlxalq təşkilatların tənqidinə məruz qaldığını xatırlatdı.

Aksoy Misirdəki hakimiyyətin "vicdanlı çağırışları və təlqinləri müsbət bir şəkildə dinləmək əvəzinə, insan haqları pozuntularını ört-basdır etmək və Misir xalqının əsas tələblərini nəzərə almamaq üçün daha əvvəl də eyni şəkildə dəfələrlə təcavüzkar bir mövqe tutmağı seçdi" dedi.

Misirin terrorla mübarizədə qabaqcıl bir rola və təcrübəyə sahib olan Türkiyəni bu mövzuda hədəf alma səyinin, söz mövzusu təcavüzkar mövqeyinin bir əks-sədası olduğunu vurğulayan Aksoy "Türkiyə Fetullahçı Terror Təşkilatının (FETÖ) ilə yanaşı PKK/YPG, Əl-Qaidə, DEAŞ kimi separatçı terror təşkilatları ilə illərdir mücadilə edir. Türkiyənin sərhəddən kənarda bir təhdid təşkil edən terrorla bu mübarizəsi Suriya başda olmaq üzrə qonşu ölkələrin ərazi bütövlüyü ilə bölgənin təhlükəsizlik və dincliyinin qorunmasına da öz töhfəsini verir. Açıqlamada açıqca gördüyümüz kimi çevrilişlə iqtidara gələnlərin çevrilişçilərin havadarı olması da təəccüblü deyil. Əsasən bu açıqlama Misirdəki rəhbərliyin, zülm və istibdada söykənən xarakterini əks etdirməkdən başqa heç neə déyil. Türkiyə qardaş Misir xalqının sülh və rifahı üçün prinsipli mövqeyini davam etdirəcək, Misirdə demokratiyaya qayıdış, hüquq və azadlıqların bərqərar olması ilə bağlı fikirlərini bildirməyə davam edəcək” ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr