R.T.Әrdoğan BMT Baş Mәclisinin 74-cü sessiyası çәrçivәsindә altı ölkәnin dövlәt başçısı ilә görüşüb

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Birlәşmiş Millәtlәr Tәşkilatının Baş Mәclisinin  74-cü sessiyasına qatılmaq üçün sәfәr etdiyi Amerika Birlәşmiş Ştatlarının Nyu York şәhәrindә altı ölkәnin prezidenti vә on ölkәnin baş naziri ilә görüşüb.

1276722
R.T.Әrdoğan BMT Baş Mәclisinin 74-cü sessiyası çәrçivәsindә  altı ölkәnin dövlәt başçısı ilә görüşüb

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Birlәşmiş Millәtlәr Tәşkilatının Baş Mәclisinin  74-cü sessiyasına qatılmaq üçün sәfәr etdiyi Amerika Birlәşmiş Ştatlarının Nyu York şәhәrindә altı ölkәnin prezidenti vә on ölkәnin baş naziri ilә görüşüb.

Türkiyә prezidenti ilk olaraq ABŞ senatoru Lindsey Qrahamı qәbul edib vә Şәrq-Qәrb institutunun tәşkil etdiyi dәyirmi masa iclasında iştirak edib.

Әrdoğan sәfәr çәrçivәsindә ABŞ-da prezident seçkilәri ilә bağlı keçirilәn kampaniyalara görә sәfәrdә olan Donald Trampla telefon әlaqәsi saxlayıb, ABŞ müsәlman cәmiyyәtinin nümayәndәlәri ilә naharda görüşüb vә  Türk- Amerika Milli İstiqamәtlәndirmә Komitәsi tәrәfindәn tәşkil edilәn tәdbirdә Türkiyә vәtәndaşları ilә bir araya gәlib.

Rәcәb Tayyib Әrdoğan ABŞ-a etdiyi sәfәrin ikinci günündә Sionizmә qarşı Yәhudilәr Birliyinin nümayәndә heyәtini qәbul edib vә TÜRKEN Vәqfinin әnәnәvi yemәk proqramına qatılaraq qonaqlara müraciәt edib.

ABŞ-ın Nyu-York şәhәri yaxınlığında yaşayan yәhudilәri qәbul edәn Rәcәb Tayyib Әrdoğan Belçika baş naziri Çarlz Mişel vә Bosniya vә Herseqovina Prezident Şurasının sәdri Zeljko Komşiç ilә görüşüb.

Türkiyә prezidenti hәmin gün BMT-nin İqlim Dәyişikliyi ilә bağlı sammitindә iştirak edib, Pakistan baş naziri İmran Xan vә Almaniya kansleri Angela Merkeli qәbul edib.

Rәcәb Tayyib Әrdoğan Nyu-Yorka etdiyi  sәfәrin üçüncü günündә Birlәşmiş Millәtlәr Tәşkilatının Baş Mәclisinin 74-cü sessiyasında çıxış edib, hәmçinin Albaniya baş naziri Edi Rama, Birlәşmiş Millәtlәr Tәşkilatının baş katibi Antonio Quterreş, Qәtәr Әmiri şeyx Tәmim bin Hәmmad Әl Sani  vә İngiltәrәnin baş naziri Boris Conson ilә görüşüb.

Prezident Ərdoğan Nyu-Yorkda  Mədəniyyətlər İttifaqı ilə Türk Hava Yolları (THY) arasında əməkdaşlığa dair әldә olunan  protokolun imza mərasimində də iştirak edib, Somali prezidenti Məhəmməd Abdulla Farmajo ilә görüşüb vә parlamentlәrarası dostluq qrupunun sәdri  Gabriela Cuevas Barronu da qəbul edib.

Türkiyә prezidenti BMT-nin Mәrkәzi Qәrargahında hәmçinin İtaliyanın baş naziri Cuzeppe Konte ilә dә görüşüb

ABŞ Prezidenti Donald Tramp  Birlәşmiş Millәtlәr Tәşkilatının Baş Mәclisinin  74-cü sessiyasına qatılan nümayәndә heyәtlәrinin rәhbәrlәrinin şәrәfinә ziyafәt verib. Ziyafәtә prezident Rәcәb Tayyib Әrdoğanın da qatıldığı bildirilib.

Səfərin son günündə Türkiyə və Pakistanın  ev sahibliyi ilə keçirilən "Nifrət ritorikasına qarşı mübarizə" adlı tәdbirdә iştirakçılara müraciət edən prezident Rәcәb Tayyib Ərdoğan  liderlər ilә bir araya gәlib.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan  Xorvatiya prezidenti Kolina Qrabar Kitaroviç, İraq prezidenti Berham Saleh, Moldova prezidenti İqor Dodon, Liviya Prezident Şurasının sədri Fayez Sarraj, Sudan baş naziri  Abdallah Hamdok, Yunanıstan baş naziri  Kiriakos Miçotakis və Çexiya baş naziri  Andrey Babiş ilə görüşüb. Türkiyә prezidenti hәmçinin Türkiyә-Pakistan-Malayziya arasında keçirilәn üçtәrәfli toplantıda da iştirak edib.

Rәcәb Tayyib Әrdoğan hәmçinin  ABŞ-dakı  Yunan pravoslav kilsәsinin arxiyepiskopu Elpidophorosu da qәbul edib.



Әlaqәli Xәbәrlәr