Prezident Ərdoğanın “Fox News” televiziyasına gündəmlə bağlı verdiyi açıqlama

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Rusiyadan “S-400” raket müdafiə sistemlərini almasının Türkiyə-ABŞ əlaqələrinə xələl gətirməməsinin lazım olduğunu, çünki Türkiyənin bunlara ehtiyacı olduğunu söylədi.

1276688
Prezident Ərdoğanın “Fox News” televiziyasına gündəmlə bağlı verdiyi açıqlama

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Rusiyadan “S-400” raket müdafiə sistemlərini almasının Türkiyə-ABŞ əlaqələrinə xələl gətirməməsinin lazım olduğunu, çünki Türkiyənin bunlara ehtiyacı olduğunu söylədi.

Prezident Ərdoğan ABŞ-da “Fox News” televiziyasına gündəmlə bağlı verdiyi açıqlamada dedi:

“Türkiyə və ABŞ-ın NATO-ya da əsaslanan strateji tərəfdaşlığı var. Zaman-zaman dünyanın dəyişən şərtlərinə görə də bir sıra problemlər baş verir.  Lakin bunun heç vaxt strateji tərəfdaşlığımıza mənfi təsirinin olmasına icazə vermədik, vermərik və bu tərəfdaşlığımızın güclənərək davam etməsindən tərəf olduq, hər zaman və hazırda da eyni mövqeyimiz davam edir”.

Ərdoğan Türkiyə-ABŞ arasındakı əlaqələrdə ticarət həcmini 100 milyard dollara çıxarmağı hədəf götürdüklərini bildirdi.

ABŞ prezidenti Donald Trampın BMT-nin Baş Məclisindəki çıxışına münasibət bildirən Ərdoğan çıxışda bəzi mövzularda Trampla həmfikir olduğunu, bəzi mövzularda isə nəzər ziddiyəti olduğunu söylədi və Suriya mövzusunda bəzi problemlərin həllinin vacibliyini qeyd etdi.

Ərdoğan Türkiyənin Rusiya və İran ilə də coğrafi baxımdan yaxın olduğunu və hər iki ölkə ilə tarixi əlaqələrin davam etdiyini, bunun da münasibətləri inkişaf etdirdiyini söylədi.

Türkiyə ilə ABŞ arasında “S-400” raket sistemlərindən qaynaqlanan müzakirələrə toxunan Ərdoğan Türkiyənin F-35 döyüş təyyarələri layihəsinin müştərisi deyil tərəfdaşı olduğunu ifadə etdi.

Ərdoğan İranı Səudiyyə Ərəbistanındakı neft istehsalı zavodlarına hücumda ittiham etməyin düzgün olmadığını da söylədi.

Ərdoğan “Güclülərin haqlı olduğu bir dünya olmamalıdır. Bunu cənab Trumpı dinləyərkən başa düşmək istədim. 'Mən güclüyəm, buna görə haqlıyam demək olmaz' dedi.

Terror təşkilatı DEAŞ ilə Türkiyə kimi mübarizə edən başqa bir ölkə olmadığını da ifadə edən Ərdoğan ABŞ-ın terror təşkilatları ilə mübarizədə Türkiyənin yanında olması üçün çağırış etdi.



Әlaqәli Xәbәrlәr