İraqın şimalı və Türkiyənin Hakkari vilayətinin ərazilərində 13 terrorçu zərərsizləşdirildi

PKK terror təşkilatının 7 üzvü “Pəncə” əməliyyatı ilə koordinasiyalı şəkildə İraqın şimalındakı Avaşin bölgəsinə istiqamətli həyata keçirilən hava əməliyyatında isə 3 terrorçu zərərsizləşdirildi.

1275494
İraqın şimalı və Türkiyənin Hakkari vilayətinin ərazilərində 13 terrorçu zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Hakkaridə havadan dəstəklənən əməliyyatda PKK terror təşkilatının 7 üzvü “Pəncə” əməliyyatı ilə koordinasiyalı şəkildə İraqın şimalındakı Avaşin bölgəsinə istiqamətli həyata keçirilən hava əməliyyatında isə 3 terrorçu zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyinin açıqlamasına görə, ölkə daxili əməliyyatlar çərçivəsində Vilayət Jandarm Komandanlığı Jandarm Xüsusi Hərəkat komandası tərəfindən Yüksəkova qəsəbəsi ərazilərində havadan dəstəklənən əməliyyat həyata keçirildi.

Əməliyyat nəticəsində qış üçün hazırlıqlar görən 7 terrorçu zərərsizləşdirildi.

Digər tərəfdən İraqın şimalındakı Avaşin bölgəsinə havadan həyata keçirilən əməliyatda da terror təşkilatı PKK üzvü üç terrorçu zərərsizləşdirildi.

Milli Müdafiə Nazirliyinin açıqlamasında “Pəncə” əməliyyatı ilə koordinasiyalı şəkildə İraqın şimalındakı Avaşin bölgəsinə təşkil edilən hava əməliyyatında terror təşkilatı PKK üzvü daha üç terrorçunun zərərsizləşdirildiyi bildirildi.

Bölgədə əməliyyatlar davam edir.



Әlaqәli Xәbәrlәr