Qəzzada TİKA tərəfindən tikdirilən xəstəxana yaxın zamanda istifadəyə veriləcək

Fələstinin baş naziri Məhəmməd İştiyye mühasirə altındakı Qəzzada Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən tikinti işləri başa çatdırılan "Türkiyə-Fələstin Dostluq Xəstəxanası" nın yaxın zamanda istifadəyə veriləcəyini söylədi.

1274170

İştiyye işğal olunmuş İordan çayının qərb sahilindəki Ramallahda tikinti işləri tamamlanan Milli Xərçəng və Genetika Xəstəliklər Diaqnostika Mərkəzinin açılış mərasimində "Bizim üçün vacib olan şey Qəzzada, Qüdsdə və qaçqın düşərgələrindəki insanlarımızın çəkdikləri əziyyətlərini azaltmaq və həyat şəraitlərini yaxşılaşdırmaqdır" dedi.

İştiyye Qəzzadakı Türkiyə-Fələstin Dostluq Xəstəxanası barədə isə "Qəzzadakı təxminən 200 xəstə tutumlu Türk xəstəxanası yaxın zamanda istifadəyə veriləcək" deyə bildirdi.  

TİKA tərəfindən, "Fələstin-Türkiyə Dostluq Xəstəxanası" adlandırılan və təxminən 62 milyon dollara başa gələn Qəzza zolağındakı xəstəxana "Fələstinin ən böyük və müasir xəstəxanası" ünvanını alacaq. Xəstəxana10 blokdan  ibarət olacaq.

Әlaqәli Xәbәrlәr