İbrahim Kalın Avropa ölkәlәrini tәnqid etdi

Prezident Aparatının sözçüsü  İbrahim Kalın  Suriya böhranı mövzusunda Avropa ölkələrini tənqid etdi.

1271940
İbrahim Kalın Avropa ölkәlәrini tәnqid etdi

 

 

Prezident Aparatının sözçüsü  İbrahim Kalın  Suriya böhranı mövzusunda Avropa ölkələrini tənqid edib.

Almaniyanın paytaxtı Berlində Liviya mövzusunda keçirilәn  toplantıya qatılan  İbrahim Kalın Avrupa ölkələrinin bölgәdәki  problemi sadəcə bir köç dalğası olduğu zaman  yada saldığını xatırladıb.

Prezident Aparatının sözçüsü Türkiyәnin  Suriya üçün etdiklərinə diqqət çəkərək deyib: ‘‘Türkiyә Suriyanın yükünü tәkbaşına daşıya bilmәz. Avropa ölkәlәri bu böhranın hәllindә daha aktiv rol oynamalıdırlar’’.

İbrahim Kalın iclasda Liviyada hәyata keçirilәn әmәliyyatlara da toxunub.

Liviyada atәşkәsin tәmin edilmәsinin әhәmiyyәtini dә vurğulayan İbrahim Kalın deyib: ‘‘İlk növbәdә  Birləşmiş Millətlər Tәşkilatının Liviya üzrə xüsusi nümayəndəsi Qassam Selamenin təklif etdiyi atəşkəsin həyata keçirilməsi üçün lazımi şәrtlәr müәyyәn olunmalıdır’’.

Prezident Aparatının sözçüsü  İbrahim Kalın hәmçinin  qeyd edib ki, prezident Rәcәb Tayyib Әrdoğan  Birlәşmiş Millәtlәr Tәşkilatının Baş Mәclisindә  mәsәlә ilә bağlı danışıqlar aparacaq.



Әlaqәli Xәbәrlәr